İraqda Azərbaycandan gedən qadınların və uşaqların geri qaytarılması ilə bağlı danışıqlar aparılır


Digərləri 26 Dek 2018 12:53:00 274 0

İraqda Azərbaycandan gedən qadınların və uşaqların geri qaytarılması ilə bağlı danışıqlar aparılır

Azərbaycanın 1 000-dən artıq vətəndaşının xarici ölkələrdə, o cümlədən İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulması barədə məlumatlar mövcuddur.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın 1 000-dən artıq vətəndaşının xarici ölkələrdə, o cümlədən İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulması barədə məlumatlar mövcuddur. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. S.Heydərov bildirib ki, həmin şəxslərdən 109 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 300-dən çox adamın orada ölməsi barədə məlumatlar mövcuddur, 310 nəfərin vətəndaşlığı artıq ləğv edilib.