"Gilan & Knauf" 10 illik yubileyini qeyd edir FOTO


Digərləri 26 Dek 2018 11:40:00 297 0

"Gilan & Knauf" 10 illik yubileyini qeyd edir  FOTO

2008-ci ildə inşaat materiallarının istehsalı üzrə dünya liderlərindən biri olan Almaniyanın "Knauf" şirkəti ilə birgə fəaliyyətə başlamış, "Gilan Holding"ə məxsus "Gilan & Knauf" gips lövhələrin istehsalı zavodu yaranmasının 10 illiyini qeyd edir.  

10 il bundan öncə yaradılan, müasir beynəlxalq standartlara cavab verən bu müəssisənin miqyasına və istehsalat qabiliyyətinə görə Qafqazda analoqu yoxdur. Binaların interyerlərinin astarlanması zamanı istifadə olunan müxtəlif növ gipskarton, arakəsmə və asma tavan qurğusu istehsal edən "Gilan & Knauf" məhsulları ekoloji cəhətdən təmiz, tərkibində toksik maddələr olmayan, həmçinin yanğınadavamlı xüsusiyyətlərə malikdir.

Qeyd edək ki, 2009-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Goranboya səfəri çərçivəsində "Gilan & Knauf" MMC-nin fəaliyyəti ilə bilavasitə zavodda tanış olub. "Gilan & Knauf" müəssisəsinin açılışı Goranboyda yüzlərlə yeni iş yerlərinin açılışını təmin edib.

Müəssisənin məhsulları gipskarton istehsalı sahəsində dünya üzrə lider olan və müxtəlif ölkələrdə 200-dən çox zavodu fəaliyyət göstərən Almaniyanın "Knauf" şirkətinin texnologiyaları əsasında istehsal olunur. Zavod "Grenzebach" Alman şirkətinin qabaqcıl avadanlıqları ilə təchiz edilib. Xammalın bir hissəsinin xaricdən idxal edilməsinə baxmayaraq, əsas xammal olan gips daşı respublikamızda fəaliyyət göstərən "Gilan Ağcakənd gips" şirkətindən alınır. "Gilan Holding"-in gips əsaslı tikinti materialların istehsalında lider olan "Knauf"şirkəti ilə əməkdaşlığı Azərbaycan iqtisadiyatına yeni yanaşma gətirib.

ФОТО 1

Azərbaycanın sürətli inkişafını nəzərə alaraq, yeni sosial və mədəni obyektlərin, dövlət və özəl layihələrin tikintisində istifadə olunan "Gilan & Knauf" məhsullarına tələbat həm ölkə daxilində, həm də regionun digər ölkələrində ildən-ilə artır. "Gilan & Knauf"məhsullarının yerli bazarda satış həcmi ildə 10 milyon kvadratmetr təşkil edir. Qonşu Gürcüstana son iki il ərzində 4 milyon kvadratmetr gipskarton ixrac olunub. Bu isə "Gilan & Knauf" məhsullarının keyfiyyətinin yüksək göstəricisidir.

Fəaliyyət göstərdiyi 10 il müddətində "Gilan & Knauf" inşaat sahəsində beynəlxalq texniki inkişaf və qlobal tendensiyaları izləyərək, istehsalatda ən qabaqcıl texniki nailiyyətlər qazanıb. İstehsal edilən məhsulların keyfiyyətinin daim artırılması, istehlakçıların sonsuz etibarının qazanmasını təmin edib. Müəssisənin məhsulları keyfiyyət göstəricilərinə görə Avropa məhsullarını üstələyərək, yerli və beynəlxalq norma və standartlara uyğun, "Knauf" şirkətinin xüsusi texnologiyası ilə hazırlanır.

İstehsalına 2013-cü ildə başlanmış gips əsasında unikal quru inşaat qarışıqlarının, həmçinin "Knauf" standartlarına uyğungips plitələrinin quraşdırılması üçün istifadə olunan metal profillərini də qeyd etmək lazımdır. "Gilan & Knauf" həmçinin akustik panellər, sement əsaslı Aquapanel® plitələr, inşaat lentləri, daş yunu, cam yunu və "Knauf" şirkətinin digər unikal inşaat məhsullarının Azərbaycana idxalı ilə məşğuldur.

ФОТО 2


Xəbərə aid fotolar