Bərdədə PARTLAYIŞ:


Digərləri 26 Dek 2018 09:53:00 485 0

Bərdədə PARTLAYIŞ:

Bərdə rayonunda evdə partlayış olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun "İnstitut meşəsi" adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə rayon sakini Allahverdiyeva Hədiyyə Ədil qızına məxsus evdə qaz sobasının partlaması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində evdə olan 2 nəfər - Vəliyev Elvin Azər oğlu və Hacıyev Elmin Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.