Hilton otelindən yanğınla bağlı açıqlama


Digərləri 26 Dek 2018 09:37:00 350 0

Hilton otelindən yanğınla bağlı açıqlama

Hilton Baku oteli ötən gün baş verən yanğınla bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən qafqazinfo-ya daxil olan xəbərdə bildirilir ki, dekabrın 25-də otelin mətbəxində kiçik yanğın baş verib. Yanğın otel əməkdaşları tərəfindən anında aradan qaldırılıb:

"Qonaqların və işçi heyətinin təhlükəsizliyi üçün hər kəs evakuasiya edildi və təhlükəsizlik proseduru olaraq FHN əməkdaşları hadisə yerinə çağırıldı. Yanğın səbəbi hal-hazırda araşdırılır. Hilton Baku hadisədən 30 dəqiqə sonra artıq tam şəkildə fəaliyyətinə davam etməkdə idi".