Tramp: "Hökumətin öz işini nə zaman bərpa edəcəyini deyə bilmərəm"


Dünya 26 Dek 2018 08:33:00 317 0

Tramp: "Hökumətin öz işini nə zaman bərpa edəcəyini deyə bilmərəm"

ABŞ hökuməti demokratlar Konqresdə Meksika ilə sərhəddə divarın inşasına vəsait ayrılmasının lehinə səs verməyincəyə qədər, öz işini bərpa etməyəcək.

Son.az "report"-a istinadən bildirir ki, bunu Amerika lideri Donald Tramp deyib.

"Mən hökumətin öz işini nə zaman bərpa edəcəyini deyə bilmərəm. Lakin deyə bilərəm ki, divar, hasar, hər necə adlandırırlarsa, olmayınca, bu, baş verməyəcək", - deyə "Associated Press" Trampın sözlərini sitat gətirib.