Çin BMT büdcəsinə ən çox vəsait köçürən ikinci ölkə olacaq


Dünya 26 Dek 2018 04:30:00 570 0

Çin BMT büdcəsinə ən çox vəsait köçürən ikinci ölkə olacaq

Çin gələn ildən Yaponiyanı geridə qoyaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinə ən çox maliyyə vəsaiti köçürən ikinci ölkə olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT Baş Məclisinin müvafiq qətnaməsinə əsasən, növbəti üç il ərzində BMT-nin büdcəsinə Çinin maliyyə töhfəsi hazırki 7,92 faizdən 12,01 faizə qalxacaq. Bundan başqa, Çinin BMT-nin sülhməramlı fəaliyyət büdcəsindəki payı 10,24 faizdən növbəti üç il üçün 15,22 faizə çatacaq.