Bakının ən orijinal yolkaları və qeyriadi Yeni il işıqları FOTO


Digərləri 25 Dek 2018 23:42:00 943 0

Bakının ən orijinal yolkaları və qeyriadi Yeni il işıqları  FOTO

Yaxında Azərbaycana Yeni il gələcək və ölkənin paytaxtı artıq bu sevimli bayramı qarşılamağa hazırdır. Küçə və meydanlar parlaq və rəngarəng Yeni il işıqlarına qərq olub. Paytaxtın baş yolkası da parlaq lampalarla işıqlandırılıb. Bayramqabağı şəhər etüdlərinə bizim fotoşəkillərdə baxın.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Yeni il ərəfəsində Bakının hər tərəfi yeni rənglərə bürünüb - mərkəzi prospektlər və meydanlar parlaq işıq tabloları, yeni il simvolları və əlbəttə ki, bayramın əsas atributu olan yolkalarla bəzədilib.

Bu il ölkənin ən böyük və baş yolkası Azadlıq meydanında quraşdırılıb. Eyni zamanda, paytaxt sakinlərinin ən çox gəzməyə çıxdıqları yerlərdə, eləcə də Bakı bulvarında, Fəvvarələr meydanında, digər park və xiyabanlarda da müxtəlif yolkalar bəzədilib. Paytaxtdakı "Sevirəm" parkında da əsl nağılvari mənzərə yaradılıb - ənənəvi yolka, işıq tabloları, parlaq fiqurlar, işıq arkaları və digər Yeni il atributları quraşdırılıb. Onlarla əla şəkillər çəkdirmək və özünü bayram əhval-ruhiyyəsinə kökləmək olar.