İraq Suriyaya hərbi qüvvə göndərə bilər


Dünya 25 Dek 2018 23:35:00 211 0

İraq Suriyaya hərbi qüvvə göndərə bilər

İraqın baş naziri bildirib ki, Bağdad hökuməti Birləşmiş Ştatarın Suriyadan hərbi qüvvələrin çıxarılması haqda qərarının ardınca yeddi ildir münaqişənin getdiyi ölkəyə əsgəri qüvvə göndərə bilər.

Adel Əbdül-Mehdi deyib ki, onun hökuməti İraqı ölkə sərhədinin o biri tərəfindən gələn təhlükələrdən müdafiə etmək üçün "bütün variantları nəzərdən keçirir".

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın dəstəklədiyi qüvvələr Suriya-İraq sərhədi yaxınlığında Deyr Əzzor vilayətində, 13 sentyabr, 2018. ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarmasını keçən həftə elan etməsi beynəlxalq ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Hərbi qüvvələri Suriyadan çıxarmaqla ABŞ İslam Dövləti qrupuna qarşı mübarizədə müttəfiqi olan kürdlərin Suriya Demokratik Qüvvələrini yalnız qoymuş olur.