Bu alim əqrəb sancan yerə barmağını qoyanda, xəstə şəfa tapardı


Digərləri 25 Dek 2018 23:40:00 463 0

Bu alim əqrəb sancan yerə barmağını qoyanda, xəstə şəfa tapardı

Hacı Şeyx Məhdi Həkəmi Qumi, Axund Molla Əli Əkbərin övladıdır ki, Qum şəhərində 1280-cı qəməri ilində dünyaya gəlmişdir. İbtidai təhsilini Qumda və Tehranda almışdır. 1310-cu ildə Samirraya getmişdir. Mərhum Mirzə Şirazidən dərs almışdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Mirzə Şirazi vəfat etdikdən sonra Nəcəfə gəlir və mərhum Ağayi Axund Xorasaninin və mərhum Mirzə Hüseyn Xəlili Tehraninin dərslərindən bəhrənir. 1322-ci qəməri ilində Quma qayıdır, böyük elmi və ali mənəvi təqva məqamına görə alimlərin ehtiramına layiq görülür.

Qumun "Cameə" məscidində imam-camaat olur və insanların hörmətini qazanır.

Nəql edilir ki, əqrəb sancanlar alimə müraciət edərdilər və o, ya dua oxuyar, ya da barmağını həmin yerə qoyardı və Allahın izni ilə həmin şəxs şəfa tapardı.