Vəfatından öncə İmam Əlini görüb, salam verən alim


Digərləri 25 Dek 2018 23:20:00 543 0

Vəfatından öncə İmam Əlini görüb, salam verən alim

Mərhum Ayətullah Ağayi Hacı Ağa Hüseyn Təbatəbai Qumi, mərhum Hacı Seyyid Məhmudun oğludur. Hacı Seyyid Məhmud Qumun ehtirama malik olan tacirlərindən idi. Onun övladlarının əksər hissəsi tanınmış alim və ariflər olmuşdur. O cümlədən: Hacı Ağa Əhməd, Hacı Seyyid Əbdulqasim, Hacı Seyyid İbrahim, Hacı Seyyid Fəxrələddin, Hacı Ağa Hüseyn.

Son.az deyerler.org-a istinadən bildirir ki, Hacı Ağa Hüseynin məqamı qalan qardaşlarının məqamından daha yüksək idi. Fəzl və təqvasına görə müasir alimlərin xüsusi hörmətini qazanmışdı.

O, ibtidai təhsilini Qumda alır və sonra Nəcəf şəhərinə gedir. Mərhum Ağayi Seyyid Muhəmmədkazım Yəzdinin və Ağayi Axund Molla Muhəmmədkazım Xorasaninin, Hacı Mirzə Hüseyn Nurinin dərslərindən bəhrələnir. Sonra Hacı Mirzə Muhəmmədtəqi Şirazidən dərs alır. 20 ildən çox təhsil almaqla məşğul olur. Məşhəd şəhərinin alimləri tərəfindən xüsusi hörmətə malik olur. Tehrana gəlir və sonra Kərbəlaya sürgün edilir.

On il Kərbəlada qalır və 1363-cü qəməri ilində İmam Rzanı (ə) ziyarət etmək üçün Məşhədə gəlir. Bir ay orada qalıb Tehrana qayıdır. Sonra Kərbəlaya gedir.

Onun elmi və təqva məqamı haqqında alimlər çox söz demişdilər. Mərhum Mühəddis Qumi onun haqqında deyir: "Allahın İmam Rzanın (ə) bərəkətinə görə mənə lütf etdiyi nemət bu idi ki, məni Əbi-məkarim və məhasin, Siqqətil-İslam, Seyyidil-Əccəl, Hüccətil-İslam Hacı Ağa Hüseyn Quminin evinə gətirdi. Onun atasının səadətindəndir ki, ona elə övladlar əta olunmuşdur ki, alimlər və fəqihlərdirlər. Mən onun kimi müqəddəs ikinci zat görməmişəm. İnsanlıq sifətlərində ona yaxın ola bilən heç kəsi görməmişəm. Sanki varlığı təslim və riza ilə yoğrulmuşdur. Allaha tərəf ancaq səlim qəlblə gəlməkdədir".