İsa peyğəmbəri yada salmaq vaxtıdır


Digərləri 25 Dek 2018 22:25:00 416 0

İsa peyğəmbəri yada salmaq vaxtıdır

"Milad bayramını Türkiyədə necə qeyd edirsiniz?"

21 il bundan əvvəl Britaniyaya gələndən hər dəfə Milad bayramı yaxınlaşanda mənə bu sual verilir.

Mən isə cavab verirəm ki, Türkiyə müsəlman əhalisi çoxluq təşkil edən ölkə olduğundan 25 dekabr orada təqvimin sadəcə adi günlərindən biridir.

Nə? Milad bayramı qeyd olunmur?

Təkcə Türkiyə yox, dünya əhalisinin üstünlük təşkil edən hissəsi də Milad gününü bayram kimi qeyd etmir.

Bu, nə qədər təəccüblü səslənsə də, Qərb ölkələrində bəzi insanlar hesab edirlər ki, Milad bayramı bütün dünyada qeyd olunan bayramdır.

Amma Milad Xristianlığın peyğəmbəri İsa Məsihin doğum gününün bayramıdır.

Milad işıqları uzun gecələr boyu işıq saçır.

Bu gün Yəhudi, Hindu və Müsəlman təqvimlərində bayram sayılmır.

Başqa sözlə, müsəlman dünyasında da ailələrin bir yerdə qeyd etdiyi bayram var, amma bu, Milad bayramı vaxtı yox, Ramazan bayramında olur.

Bu məsələdə fərqi anlamaq vacibdir.

Lakin eyni zamanada bizi biri-birimizə bağlayan oxşarlıqları da bilmək mühümdür.

Jesus? Yəni, Isa?

Islamda İsa Məsihin doğum günü qeyd olunmur, lakin İsaya ehtiram göstərilir.

Müsəlmanlar onların dində özunəməxsus yer tutan Xristianlıq peyğəmbərinə böyük ehtiramla yanaşırlar.

Müsəlman rəssamın Quranda təsvir olunan bakirə Məryəmdən bəhs edən illüstrasiyası

Qurana əsasən, İsa peygəmbər Məhəmməd peyğəmbərə qədər dövrün ən böyük ehtiramla yanaşılan şəxslərindəndir.

Faktiki olaraq, ərəb dünyasında Isa adlandırılan Jesus-un adı Quran kitabında Məhəmməd peyğəmbərdən daha çox çəkilib.

Bundan əlavə, İslamın müqəddəs kitabında yalnız bir qadın öz adı ilə qeyd olunub.

Mary? Yəni, Məryəm?

Ərəbcə Məryəm kimi adı çəkilən Bakirə Mary-yə (Virgin Mary) Quran kitabında bakirəli doğuşdan bəhs edən bir fəsil həsr olunub.

Lakin İslamda İsa Məsihin doğulması epizoduna aid hissədə nə Yusif ( Joseph) peyğəmbər, nə müdriklər, nə də ki axur qeyd olunur.

Məryəm səhrada, palma ağacı altında doğur.

Möcüzəvi olaraq, bu zaman Məryəmin yanında ağacdan yerə xurma düşür, ayaqları olan tərəfdə isə bulaq əmələ gəlir.

İsanın yatması, İtalyan rəssamı Giovanni Battista Salvi-nin əsəri

Ərdə olmayan qadının uşaq doğması onun əxlaqına dair suallar doğurur.

Amma yeni doğulmuş körpə, Jesus (İsus) Allahın peyğəmbəri kimi danışmağa başlayır.

Bu möcüzə onun anasına bəraət qazandırır.