“1977ci ildən Trampı izləyirdik” –


Digərləri 25 Dek 2018 21:52:00 329 0

“1977ci ildən Trampı izləyirdik” –

Çexoslovakiya kəşfiyyatı uzun illər indiki ABŞ Prezidenti Donald Tramp haqqında informasiyalar toplayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Çexoslovakiyada 1990-cı illərə qədər kommunist sisteminin kəşfiyyatı olan STB-nin Donald Trampı yaxından izlədiyi və barəsində dosye hazırladığı ortaya çıxıb. Bu yaxınlarda Çexiyada yayımlanan "Respekt" dərgisi ABŞ Prezidenti Donald Trampın 1977-ci ildə Çexoslovakiya əsilli model İvanna Zelnickova ilə evlənməsindən sonra STB-nin maraq dairəsinə düşdüyünü açıqlayıb.

STB casuslarına və kəşfiyyat qeydlərinə istinad edilən xəbərdə qeyd edilir ki, İvanna əri ilə birlikdə böyüdüyü Gottvaldovu ziyarət etdikdən sonra atası Milos Zelnicek hər dəfə Çexoslovakiya kəşfiyyatına Tramp haqqında məxfi informasiyalar verirmiş.

STB 1990-cı illərə qədər, daha doğrusu, ölkədə kommunist rejimi yıxılana qədər Tramp haqqında dosyelər toplamağa müvəffəq olub.

Vurğulanır ki, Çexoslovakiya xüsusi xidmət orqanının Donald Trampa marağı özəlliklə 1988-ci ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra artıb. STB rəhbərliyi xarici kəşfiyyata cavabdeh olan idarədən Amerikanın əmlak kralı haqqında informasiya əldə etmənin dərinləşdirilməsini istəyib. "Respekt"ə danışan STB-nin sabiq casusu Vlastimal Danek deyib ki, o dövrdə Donald Tramp Çexoslovakiya kəşfiyyatı üçün çox maraqlı bir fiqur olub: "Tramp biznesmen idi, Amerika siyasətində, daha önəmli yerlərdə çoxlu sayda insanlarla əlaqələri mövcud ola bilərdi. Təsirli olduğunu bildikdə diqqətimizi ona cəlb etmişdik. Trampın gələcəkdə dövlət başçısı olmaq istədiyi haqqında informasiya əldə edə bilmişdik".