Həqiqi möminliyə çatmaq üçün lazım olan


Digərləri 25 Dek 2018 21:55:00 536 0

Həqiqi möminliyə çatmaq üçün lazım olan

Mömin adətən o kəsə deyilir ki, imana malik olsun. Quranın nəzərinə görə isə mömin o kəsdir ki, qəlb imanı ilə yanaşı, bu imana uyğun əmələ də malik olmalıdır. Yəni, möminin iki qanadı olmalıdır ki, biri - imandır, o birisi - saleh əməl.

Quranın həqiqi mömin üçün bəyan etdiyi beş sifət ilə tanış olaq.

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

"Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.

Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır". ("Ənfal" 2-4).

Əllamə Təbatəbai bu ayələrin təfsirində buyurmuşdur:

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayələr həqiqi möminlərin xüsusiyyətlərini tanıdır və onların kərim sifətlərini sayır. Bu beş sifət - o sifətlərdir ki, ona malik olmaq bütün yaxşı sifətlərə malik olmaq deməkdir. Bu sifətlər ibarətdir:

1. Allahı zikr edən zaman qəlbin titrəməsi.

2. Allah ayələrini eşitmək sayəsində imanın artması.

3. Təvəkkül.

4. Namazı ayaqda saxlamaq.