Klassik musiqidən tutmuş kilsə ziyarətinə qədər qeyriadi cəzalar


Digərləri 25 Dek 2018 21:35:00 404 0

Klassik musiqidən tutmuş kilsə ziyarətinə qədər qeyriadi cəzalar

ABŞ-ın Missuri ştatında yüzlərlə maral öldürməkdə təqsirli bilinən şəxs həbs cəzası ilə yanaşı, ən azı ayda bir dəfə anası ovçular tərəfindən öldürülən maral balasından bəhs edən Bembi cizgi filmini izləməli olacaq.

David Berry ovladığı maralların başlarını kəsib aparır, cəsədləri meşədə qoyurmuş.

Onun anası deyib ki, Bembi filmi oğlunun reabilitasiyasına kömək edəcək.

BBC icmalı başqa qeyri-adi cəzalar bir araya gətirib.

Eşşəklə yürüş

2003-cü ildə ABŞ-ın Chicago (Çikaqo) şəhərindəki kilsədən körpə İsa Məsih heykəlini oğurlayan iki şəxsə 45 gün həbs cəzası kəsilib.

Lakin Jessica Lange və Brian Patrick üçün iş həbslə məhdudlaşmadı.

19 yaşlı gənclər yanlarında bir eşşəklə şəhərin mərkəzindən keçməli oldular. Bu zaman onların əllərində "eşşəklik etdik" yazılı lövhə olub.

10 il kilsəni ziyarət etmək cəzası

2011-ci ildə sərxoş halda maşın sürdüyü üçün dostunun ölümündə təqsirləndirilən Tyler Alred-ə həbs cəzası kəsilsə də, o, azadlıqdan məhrum edilməyib.