İcazəsiz ov etmək istəyənlər 2000 manat cərimələndi


Digərləri 25 Dek 2018 18:44:00 766 0

İcazəsiz ov etmək istəyənlər 2000 manat cərimələndi

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi götürülüb.