AİDA və İslam İnkişaf Bankının birgə layihəsi çərçivəsində Çadda 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub


Digərləri 25 Dek 2018 15:21:00 297 0

AİDA və İslam İnkişaf Bankının birgə layihəsi çərçivəsində Çadda 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub

2012-ci ildən etibarən Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” keçirilir.

Bakı. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və İslam İnkişaf Bankının (İİB) 2012-ci ildən etibarən Afrika ölkələrində birgə həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” (AFAB) çərçivəsində görmə qabiliyyətinin bərpası üzrə əməliyyatların növbəti aksiyası bu ilin 25 noyabr - 5 dekabr tarixlərində Çadın paytaxtı Ncamenada təşkil olunub. XİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kampaniyanın açılış mərasimində çıxış edən Çadın səhiyyə naziri Əziz Məhəmməd Saleh ölkəsinin inkişafına, xüsusilə görmə qabiliyyətinin bərpası ilə əlaqədar həyata keçirilmiş layihələrə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası, İslam İnkişaf Bankı, İnkişaf naminə İslam Həmrəylik Fondu, Tunisin Nadi əl-Bassar təşkilatı və “Biq hart” Fonduna dərin minnətdarlığını bildirib.