2018də yalanla gündəmə gələnlər


Şou-biznes 25 Dek 2018 14:14:00 594 0

2018də yalanla gündəmə gələnlər

2018-ci ildə toy, klip, dava xəbərləri ilə gündəmə gələnlər az olmayıb. Amma bunlar arasında özünü yalan xəbərlə gündəmə gətirənlər də yer alıb. Belə ki, haqlarında yazılmadığını görən, bir neçə məşhur il ərzində gah özünü ərə verib, gah xəstəxanalıq edib, gah da direktor vəzifəsinə yüksəldib. 

Son.az axşam.az-a istinadən  yalan danışmaqla gündəmə gələn məşhurların siyahısını təqdim edir: Bir neçə gün əvvəl saz ifaçısı Aqşin Tariyeloğlunun qəzaya düşdüyü və reanimasiyaya yerləşdirildiyi haqda xəbərlər yayılıb. Elə həmin gün sənətçinin atası və sənət dostları xəbərin yalan olduğunu və Aqşinin bunu özünü reklam üçün etdiyini açıqlayıb. Saytlar yazsın deyə, Aqşin özünü "xəstəxanalıq" edib. Hətta internetdən qəza vəziyyətində olan maşın şəkli tapıb, sosial şəbəkədə yayıb da. 

Bu ilin iyulunda aktrisa Sevinc Əliyeva 24 yaşlı model Riad Abdulovla nikah bağladığını demişdi. Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək "Mən getdim, heç kimə demədən, üstümə düşməyin" şərhini yazıb. Sonradan məlum oldu ki, əslində, Sevinclə Riad evlənməyib və həmin kadrlar  "Qayınana 2" filminin çəkiliş meydançasında lentə alınıb. Onlar senariyə uyğun olaraq kinoda ailə həyatı qurublar.

Müğənni Niyam Salami isə övladının olduğu haqda məlumat versə də, sonradan uşağın özünün yox, qardaşının olduğunu etiraf edib: "Uşağım varımdır... Daha 80 dənə uşağı hara törəyirəm? Varım, dövlətim hamısı onundur. Mən öləndən sonra, kef eləsin, dağıtsın. Gəlin açıq danışaq. Oğlum deyəndə ki, qardaşımın uşağıdır, elə bil öz balamdır. Yoxsa indi gəl, 40 yaşından sonra evlən. Baldız qayınana söhbətləri, o, onu niyə dedi, bu bunu niyə söylədi. Güc-bəla ilə Suraxanıda sakit başla söyüd ağacının altında oturub, ölümümü gözləyirəm".

Əməkdar artist Aygün Bəylər bir müddət əvvəl yalandan ərə gedəcəyini demişdi. Xanəndə məclisin dəbdəbəli şəkildə keçiriləcəyini, 30 minlik gəlinlik hazırlatdırdığını, Türkiyədən 150 min dollara orkestr gətizdirəcəyini söyləyib. Amma bir müddət sonra Aygün piar üçün yalandan belə xəbər yaydığını bildirib. Müğənni hətta illər əvvəl uşağını dayə tərəfindən döyülməsi ilə bağlı yaydığı məlumatın da yalan olduğunu deyib.


Xəbərə aid fotolar