Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edəcək


Digərləri 25 Dek 2018 12:46:00 449 0

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşları qəbul edəcək

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev dekabrın 28-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Trend-in məlumatına görə, qəbul zamanı bölgədə yerləşən - Qusar, Quba, Xaçmaz, Şabran rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.