Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur


Digərləri 25 Dek 2018 12:21:00 359 0

Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur

Azərbaycanda antidopinq qaydaları pozulan idman növləri məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, 2018-ci ildə Agentlik tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb.

Onun sözlərinə görə, ilk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb: "Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib".

Ş.Hüseynli vurğulayıb ki, cari ildə Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının Bakıda iclası keçirilib.