Bakı Ali Neft Məktəbində “Cleantech İdeation Bootcamp” keçirilib FOTO


Digərləri 25 Dek 2018 12:15:00 490 0

Bakı Ali Neft Məktəbində “Cleantech İdeation Bootcamp” keçirilib  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi və Social İnnovation Lab-ın (SİL) əsas təşkilatçılığı və EY şirkətinin sponsorluğu ilə "Cleantech Ideation Bootcamp" adlı innovasiya proqramı keçirilib.

BANM-dan Son.az-a verilən məlumata görə, Ali Məktəbin Senat zalında təşkil olunan iki günlük proqramda BANM və Azərbaycanın müxtəlif universitetlərindən olan gənclər iştirak ediblər.

Social Innovation Lab-in təsisçisi və direktoru Cəsur Həsənov bildirib ki, proqramın əsas məqsədi dünyada ən çox diqqət mərkəzində olan məsələlərdən biri - iqlim dəyişikliyinə həsr olunmuş innovasiya və ideyaların kəşf edilməsi və onların reallaşmasına dəstək olmaqdır.

22-23 dekabr keçirilən proqamda 4 təlimçi, 6 mentor və 40-a yaxın iştirakçı iki gün ərzində iqlim dəyişikliyi üzrə birgə innovativ həllərin tapılması üçün birgə çalışıblar.


Xəbərə aid fotolar