Komitə sədri: "Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır"


Digərləri 25 Dek 2018 11:32:00 863 0

Komitə sədri: "Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır"

Bu il sosial siyasətin tərkib hissəsi kimi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün daha güclü mexanizmlərin yaradılması sahəsində mühüm işlər görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir. Bütün sahələrdə dinamik inkişaf təmin edilib və bu proses davam etməkdədir.

H.Hüseynova qeyd edib ki, qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir.