"İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin işçilərinin sayı artırılıb


Digərləri 25 Dek 2018 11:39:00 637 0

"İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin işçilərinin sayı artırılıb

Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə" qərara dəyişikliklər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidindən 430 ştat vahidinə qədər artırılıb. Qərarla habelə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu" yeni redaksiyada verilib:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu:

1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

2. "İçərişəhər" Muzey Mərkəzi.

3. Mənzil-kommunal və Təmir Xidməti.