Gəncədə 28 yaşlı kişini küçədə öldürdülər


Digərləri 25 Dek 2018 10:26:00 570 0

Gəncədə 28 yaşlı kişini küçədə öldürdülər

Gəncədə qətl hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb.