Facebook şirkəti Whatsapp üçün kriptovalyuta hazırlayır


Digərləri 25 Dek 2018 07:41:00 649 0

Facebook şirkəti Whatsapp üçün kriptovalyuta hazırlayır

Facebook şirkəti özünün kriptovalyutasını yaradır. Lakin şirkət ilk növbədə bu layihədə əsas diqqətini Hindistan bazarına yönləndirir. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən sosial şəbəkə stablecoin-in (ABŞ dollarına bitişik olan kritovalyuta) yaradılması üzərində çalışır. Facebook şirkəti həmin kriptovalyutadan Whatsapp vasitəsilə pul köçürmələrində istifadə etməyi planlaşdırır.

Son.az technote.az-a istinadən bildirir ki, buna görə də sosial şəbəkə ilk öncə Hindistandakı pul köçürmələri sahəsinə diqqətini ayırır. Lakin şirkət ilk tokenlərin təqdim edilməsi mərhələsindən hələ çox uzaqdır. Məlumata əsasən şirkət yeni valyutanın stabilliyini təmin edəcək texnologiyalar üzərində çalışır. Qeyd etmək lazımdır ki, bu ilin may ayında Facebook şirkəti bockchain texnologiyasının tədqiqatı üçün xüsusi qrup yaratmışdı. Məlumata əsasən hal hazırda həmin qrupda 40 nəfər şəxs çalışır.