Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi (FOTO)


Digərləri 25 Dek 2018 03:59:00 794 0

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin irimiqyasli “Qəzəllər” layihəsi tamaşaçıları bir daha sevindirib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Qəzəllər” layihəsi çərçivəsində şair-qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin qəzəlləri mövzusunda gözəl konsert keçib. Mərkəzdən Trend-ə verilən məlumata görə, konsertdə əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva Əliağa Vahidin qəzəllərinə “Rast” dəstgahını ifa ediblər. Xanəndələri tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurov, nağarada Yusif Əzizov müşayiət ediblər.