Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti keçirilib


Digərləri 25 Dek 2018 00:22:11 581 0

Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində istedadlı gənclərin konserti keçirilib

Bakı. Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib. Trend-in məlumatına görə, tədbir Muğam Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb. Konsertdə Ə.Əzizovun “Skertso”, G.Belştadtın “Napoli”, K. Veberin “Sehrli oxatan” operasından ovçuların xoru, P.Çaykovskinin “İlin fəsilləri”silsiləsindən “Noyabr”, F.Şopenin “Etüd”, T. Quliyevin “Görüş” k/f-dən mahnı, V. Adıgözəlovun “Lay-lay”, F.Əmirovun “1001 gecə” baletindən rəqs, C. Cahangirovun “Yenilməz batalyon” k/f-dən “Köhlən atım” mahnısı, H.Xanməmmədovun “Yaşa könül”, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Gecədə məktəbin, gəncliklərinə baxmayaraq artıq bir neçə Respublika və Beynəlxalq müsabiqələrin laureatı adlarını qazanmış istedadlı şagirdləri görkəmli bəstəkarların əsərlərini məharətlə ifa edərək tamaşaçıları sevindiriblər. Konsert musiqisevərlər tərəfindən maraq və gur alqişlarla qarşılanıb.