Heyvanın bilmədiyimiz faydaları


Digərləri 24 Dek 2018 23:45:00 496 0

Heyvanın bilmədiyimiz faydaları

Ürəkaçan xoş ətri və turşməzə dadı ilə payız mövsümünün ən çox sevilən meyvələrindən olan heyva, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzsiz vasitədir. Heyva meyvələri daha çox emal olunmuş şəkildə istifadə edilsə də, bu meyvədə olan pektin və dabbaq maddələri onun müalicəvi əhəmiyyətini müəyyənləşdirən əsas göstəricilərdir.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində heyvanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, heyva meyvəsində şəkər, turşular, pentozalar, dabbaq maddələri, pektin və protopektin, müxtəlif vitaminlər var. Meyvələrdə olan mineral maddələr (K, Na, Ca, Mq, Te, P, S, Si) 0,51 faiz təşkil edir. 100 qram meyvə 40 kilokalori verməklə qida dəyəri 0,6 qram zülal, 0,5 qram yağlar, 9,6 qram karbohidratlar, 0,8 qram kül elementləri, 84 qram su ilə müəyyənləşir.

İnsanların heyvadan müalicə vasitəsi kimi çox qədimdən məşğul olduqlarını deyən alim qeyd edib ki, hazırda bir sıra ölkələrin xalq təbabətində təzə, suda bişirilmiş heyva və onun həlimi bir çox xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.