Metal yığanların “bazarı bağlanacaq”


Digərləri 24 Dek 2018 21:32:00 585 0

Metal yığanların “bazarı bağlanacaq”

Bakıda və rayonlarda qapı-qapı gəzib metal yığanların "bazarı bağlanacaq". Çünki Milli Məclis "İstehsalat və məişət tullantıları haqqında" qanunda dəyişiklik etməyə hazırlaşır. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, dəyişikliklər Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblərin sərtləşdirilməsini nəzərdə tutur. 

Layihədə bildirilib ki, bu dəyişikliklər əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi, nəzarətin və şəffaflığın artırılması məqsədi daşıyır. 

Belə ki, qanunun 12-ci maddəsinə edilən əlavədə qeyd olunur ki, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsini qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilərlər. 

Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.