2018ci ilin hesabatı


Digərləri 24 Dek 2018 20:59:00 557 0

2018ci ilin hesabatı

2018-ci il artıq bir neçə gündən sonra başa çatacaq. Bu il təkcə toylar, sevgi romanları ilə yox, həm də ulduz cütlüklərin boşanması ilə yadda qalıb.

Son.az ölkə.az-a istinadən 2018-ci ilin ən səs-küylü boşanmalarını oxucularına təqdim edir.

Cennifer Eniston və Castin Teru

2018-ci ilin fevral ayında Enistonun iki il yarımlıq nikahdan sonra boşanmaq qərarına gəldiyi məlum oldu. Cütlük bu barədə açıqlama da verdi: "Şayələrin artmaması üçün biz ayrıldığımızı elan edirik. Bu qərarı birlikdə, sakit şəkildə ötən ilin sonu qəbul etdik. Qərara gəldik ki, yollarımızı ayıraq. Amma dost qalacağıq və bir-birimizə dost kimi hörmətlə yanaşacağıq".

Çenninq Tatum və Cenna Dyuenn

Çenninq və Cenna "Bir addım irəli" filminin çəkilişlərindən görüşməyə başlayıblar. 2009-cu ildə isə cütlük evlənib. 2013-cü ildə onların qız övladı dünyaya gəldi. Bu ilin aprel ayında isə cütlük ayrıldı. Cenna aktyor Stiv Kazi ilə, Çenninq isə müğənni Cessi Ceylə görüşür.

Ben Afflek və Cennifer Qarner

Üç il əvvəl Hollivudun ən gözəl cütlüklərindən biri, Cennifer Qarner və Ben Afflek boşandı. Qeyri-rəsmi məlumatlara görə, Cennifer Benin spirtli içki əsiri olmağından bezdiyi üçün boşanıb. Amma cütlük bu ilin payız ayında rəsmən boşandı və hazırda 190 milyon dollarlıq sərvəti bölüşməlidilər və 3 övladın tərbiyəsi ilə kimin məşğul olacağına qərar verəcəklər. Hazırda Qarner iş adamı Con Millerlə, Ben isə "Playboy" gözəli Şon Sekstonla görüşür.