Gələn ildən reytinqli türk seriallarını izləmək pullu olacaq


Digərləri 24 Dek 2018 19:54:00 341 0

Gələn ildən reytinqli türk seriallarını izləmək pullu olacaq

2019-cu ildən Türkiyə kanallarında yayımlanan reytinqli serialların izlənməsi pullu olacaq.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, serialların vaxtının get-gedə artması və kanallardan ard-arda bir neçə serialın verilməsi kanal rəhbərlərini hərəkətə keçirib. İddialara görə, gələn ildən sözügedən seriallar bir-bir efirdən yığışdırılacaq və pullu platformalara transfer ediləcək.

Qeyd edilir ki, hər kanalda seçimə uyğun olaraq sadəcə bir serial nümayiş olunacaq.