MTRŞnın şöbə müdiri danışdı:


Digərləri 24 Dek 2018 19:04:00 622 0

MTRŞnın şöbə müdiri danışdı:

"Yeni yayım mövsümünün əvvəlində bir sıra yayımçıların efirində milli dəyərlərin pozulması, tütün məmulatları ilə bağlı, reklam və sponsor reklamları ilə bağlı qanunvericiliyin ciddi şəkildə pozulması halları müşahidə edilib. Bu halların kütləviliyinin qarşısının alınması və mövcud durumun nəzarətdə saxlanılması üçün Milli Televiziya və Radio Şurası rəhbərliyinin xüsusi tapşırığı ilə monitorinqlər daha da intensivləşdirilmiş və həmin intensivlik bu gün də davam etdirilməkdədir. Aparılan monitorinq nəticələri əsasında yayımçılar qarşısında nöqsanların aradan qaldırılması ilə bağlı ciddi tələblər qoyulub. Bunun nəticəsidir ki, artıq aparıcılar tərəfindən verilişlərdə reytinq xatirinə efir etikasına zidd davranışlara, süni gərginliklərin yaradılmasına son qoyulmuş, tütün məmulatları ilə bağlı qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən daha məsuliyyətlə yanaşılması təmin edilib".

Son.az xəbər verir ki, bunu Report-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, bundan başqa, əvvəlki dövrlərdə bir sıra yayımçılar tərəfindən sui-istifadə hallarına yol verilməklə bir verilişlərdə bəzən 25-30 dəqiqəyədək sponsor reklamı verilirdisə, artıq bu istiqamətdə də xeyli müsbət nəticələr əldə edilib: "Bununla belə, reklam, gizli reklam və sponsor reklamları ilə bağlı problemlər tam şəkildə aradan qaldırılmayıb. Bu istiqamətdə işlər davam etdirilir.