İcra Hakimiyyəti bağçalara xəbərdarlıq etdi


Digərləri 24 Dek 2018 18:49:00 558 0

İcra Hakimiyyəti bağçalara xəbərdarlıq etdi

Uşaq bağçalarının ərzaq təminatına nəzarət daha da artırılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır:

"Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib. İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib