Rusiyada azərbaycanlılar faciəvi şəkildə həlak oldular


Digərləri 24 Dek 2018 14:15:00 729 0

Rusiyada azərbaycanlılar faciəvi şəkildə həlak oldular

Rusiyanın Voronej vilayətində baş vermiş avtomobil qəzası nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətin Boquçarovsk rayonu ərazisində mikroavtobusla yük maşını toqquşub.

Qəza nəticəsində daha 3 azərbaycanlının xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, mikroavtobusda 9 nəfər olub.