Bakıda bu marşrut xəttinə 20 yeni avtobus verildi


Digərləri 24 Dek 2018 12:42:00 510 0

Bakıda bu marşrut xəttinə 20 yeni avtobus verildi

Bakı Nəqliyyat Agentliyi (BNA) 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusu istifadəyə verəcək.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusu istifadəyə verəcək. Trend-in məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində deyib. Onun sözlərinə görə, 64 saylı müntəzəm marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından Bakı Nəqliyyat Agentliyi onunla imzalanan müqaviləyə xitam verib. Başqa daşıyıcı ilə müqavilə imzalanıb: "Dəfələrlə agentliyə həmin marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobusun idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıyıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib".