Mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Digərləri 24 Dek 2018 07:21:00 545 0

Mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Yasamalda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.