Allahın rəsulu – ən gözəl nümunə


Digərləri 23 Dek 2018 22:40:00 426 0

Allahın rəsulu  – ən gözəl nümunə

İsanların tərbiyəsində ilahi şəxsiyyətlərin həyat tərzi, rəftar və buyruqları böyük təsirə malikdir. Qurani-Kərimdə peyğəmbərlər və saleh insanlardan danışılmasının səbəbi də budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir. Allah-Taala Qurani-Kərimdə İslam Peyğəmbərini (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. "Əhzab" surəsinin 21-ci ayəsində buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

"Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır."

"Qələm" surəsinin 4-cü ayəsində o həzrətin əxlaqı belə təriflənir:

وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

"Həqiqətən, sən böyük əxlaqa sahibsən."

İslam Peyğəmbəri (s) haqda bunu demək kifayətdir ki, Allah-Taala Qurani-Kərimdə o həzrəti böyük ehtiramla - "Ya əyyuhər-Rəsul!" (ey Rəsul) və "Ya əyyuhən-Nəbiyy!" (ey peyğəmbər) ləqəbləri ilə yad edir.

Peyğəmbər (s) müsəlmanları İslam cəmiyyətinin quruluşu üçün başlıca dayaq kimi əxlaq və rəftarlarını gözəlləşdirməyə dəvət edər və buyurardı:

إَنَّكُمْ لَنْ تَسَعُوا النّاسَ بِأَمْوالِكُمْ، فَسَعوهُم بِأَخْلاقِكُمْ

"Siz heç vaxt insanları mal-dövlətinizlə ələ ala bilməzsiniz, onları əxlaqınızla ələ alın." ("Əl-mali", Şeyx Səduq", səh.68.)

Son.az maide.az-a istinadən bildirir ki, başqa bir hədisdə buyurur:

أَفاضِلُكُم أَحْسَنُكُم أَخْلاقاً، الْمُوَطِّئونَ أَكْنافاً، الَّذينَ يَأْلَفُونَ وَ يُؤْلَفُونَ، وَ تُوَطّأُ رِحالُهُم

"Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət yaradan, onları sevərək bir yerə toplayan və hacətlərini yerinə yetirən şəxsdir." ("Üsuli-kafi", 2-ci cild, səh.110.)

Peyğəmbər (s) xalq arasından çıxan, xalqla birgə dayanan dini, ictimai və siyasi bir rəhbər idi. Başqalarının məsləhəti və təcrübəsinə heç bir ehtiyacı olmadığı halda, onların rəy və fikirlərini qiymətləndirir, onlarla məşvərət və məsləhətləşirdi. Allah-Taala "Ali-İmran" surəsinin 159-cu aysində buyurur: