“Uber”in beynəlxalq əlavəsi Rusiyada fəaliyyətini dayandırdı


Digərləri 23 Dek 2018 21:35:00 590 0

“Uber”in beynəlxalq əlavəsi Rusiyada fəaliyyətini dayandırdı

Taksi daşıyıcısının beynəlxalq əlavəsi Rusiya bazarında işləməyəcək, onun əvəzində isə "Uber Russia" əlçatan olacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin xəbərində deyilir ki, Uber-in köhnə əlavəsini yalnız xaricdə istifadə etmək mümkün olacaq. Rusiya ərazisində isə "Uber Russia" əlavəsi hazırlanıb onu artıq "App Store" və "Google Play"dən yükləmək əlçatandır.

Rusiyada taksi daşıyıcısının beynəlxalq əlavəsinin dayanmasına səbəb, "Yandex"in taksi daşıyıcısı ilə bağlıdır. Onlar ilin əvvəlində Rusiyada birlikdə müəssisə yaradıblar. Adıçəkilən şirkətin səhmlərinin 36,6%-i "Uber"ə, 59,3%-i isə "Yandex"ə aid olub. İnternet şirkətinin investisiyanın həcmi 100 milyon dollar, taksi daşıycısının isə 225 milyon dollar həcmdədir.