ABŞın müdafiə naziri vəzifəsini


Dünya 23 Dek 2018 21:21:00 383 0

ABŞın müdafiə naziri vəzifəsini

Pentaqon rəhbərinin müavini Patrik Şanahan Ceyms Mettisin gedişindən sonra Birləşmiş Ştatların müdafiə naziri vəzifəsini icra edəcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Amerika lideri Donald Tramp "Twitter"də yazıb.

"Mən 2019-cu ilin 1 yanvar tarixindən etibarən bizim istedadlı müdafiə nazirinin müavini Patrik Şanahanın müdafiə nazirinin vəzifəsini icra edəcəyini xəbər verməkdənçox şadam. Patrik, həm müavin olaraq, həm də "Boeing"də işlədiyi vaxtlarda bir çox nailiyyətlərə imza atıb. O, möhtəşəm olacaq", - deyə prezident bildirib.