İran Əfqanıstana məhsul ixracını dayandırıb


Dünya 23 Dek 2018 21:19:00 271 0

İran Əfqanıstana məhsul ixracını dayandırıb

İranın Cənubi Xorasan vilayətinin Mahirud sərhədindən sement, kaşı və keramika, dəmir materiallar və yanacağın Əfqanıstanın Fərah vilayətinə ixracı dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri İranın Cənubi Xorasan vilayəti Mahirud Gömrük İdarəsinin rəisi Əli Əkbər Kiyani deyib.

Onun sözlərinə görə, Əfqanıstanda maliyyə ilinin sonudur. Qeyd olunan dörd məhsulun ilin sonuna qədər lisenziyası vardır. Buna görə də, məlumat verilənədək Əfqanıstana bu məhsulların ixracı qadağan edilib.

Kiyani əlavə edib: Əfqanıstan Fərah Gömrükləri İdarəsinin rəisi vəd edib ki, bir həftə ərzində problem aradan qaldırılacaq və ixrac yenidən həyata keçiriləcək.