Yalançı özünü necə rüsvay edir?


Digərləri 23 Dek 2018 20:40:00 666 0

Yalançı özünü necə rüsvay edir?

Ərəbcə yalan danışan şəxsə "kazib", çox yalan danışan və yalan danışmağa adət edən şəxsə isə "kəzzab" deyilir. Demək, kəzzab sözü kazib sözünün mübaliğə formasıdır.

Bir nəfər İslam Peyğəmbərinin (s) altıncı haqq xəlifəsi İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib, "Yalan danışan adama "kəzzab"mı deyirlər?" - deyə soruşduqda, İmam (ə) buyurdu:

لَا... وَ لَكِنَّ الْمَطْبُوعَ عَلَى الْكَذِبِ

"Xeyr, o şəxsə kəzzab - çox yalan danışan deyilər ki, təbiəti yalanla qarışsın, yalan danışmağa adət etsin". ("Üsuli-kafi", 4-cü cild, səh.37, hədis 12).

Son.az maide.az-a istinadən bildirir ki, narkotik maddələrin qəbuluna adət edənlər işin başlanğıcında başqalarından xəcalət çəkdiyi üçün onları gizli şəkildə qəbul edir, amma onlara adət etdikdən sonra qorxusu olmadığı zaman heç kimdən çəkinmədən, başqalarının gözləri önündə onları qəbul edirlər.

Yalançı da belədir. O, işin başlanğıcında yalan danışdıqda xəcalət çəkir və beləcə, yalan danışdığı hamıya məlum olur. Lakin ona adət etdiyi zaman xəcaləti aradan qalxır, hətta yalanına şahid belə gətirir, bir halda ki, gətirdiyi şahidin də yalan olduğunu özü yaxşı bilir. Bu sayaq yalançıların sayı az deyildir.

"Kazib" - arabir yalan danışan şəxs yalan danışdıqda peşman olur, hətta yalan danışdığı zaman əsəbləri pozulur, narahat olur, onun gözündən, üzünün rəngindən və səsinin titrəyişindən yalanı bəlli olur. Lakin "kəzzab" - çox yalan danışan şəxs yalanlarından əsla peşman olmur, əsəbləri pozulmur, gözündən, üzünün rəngindən və səsinin titrəyişindən yalanlarını ayırd etmək olmur. Çünki yalanlarını çox rahat və təbii şəkildə cilvələndirir, hətta sözlərinin doğruluğunu isbat etmək üçün and içir. O, batil təsəvvürlərinə qapılaraq yalan danışmağı sevilmək, uğur, müvəffəqiyyət rəmzi, zirəklik və zəkalılıq nişanəsi hesab edir.

İmam Cəfər Sadiq (ə) buyurur:

إِنَّ مِمَّا أَعَانَ اللَّهُ بِهِ عَلَى الْكَذَّابِينَ النِّسْيَانَ