YevlaxBərdə yolunda avtomobil beton maneəyə çırpılıb


Digərləri 23 Dek 2018 20:39:00 402 0

YevlaxBərdə yolunda avtomobil beton maneəyə çırpılıb

Yevlax-Bərdə rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yolun Yevlax ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə 2 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bundan əvvəl Goranboy rayonunda maşın traktorun qoşqusuna çırpılıb.