Digər dinlərdə də namaz olubmu?


Digərləri 23 Dek 2018 19:40:00 535 0

Digər dinlərdə də namaz olubmu?

Bütün dinlərdə namaz olub.

İslam Peyğəmbərindən (s) öncə həzrət İsa-Məsihin (ə) dinində də namaz olub. Qurani-Kərimdə onun dili ilə belə nəql olunur:

وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

"O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu." ("Məryəm" surəsi, ayə 31.)

Ondan qabaq həzrət Musanın (ə) dönəmində də namaz olub. Allah-Taala ona xutabən buyurub:

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

"Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni yad etmək üçün namaz qıl!" ("Taha" surəsi ayə 14.)

Son.az maide.az-a istinadən bildirir ki, Həzrət Musadan (ə) qabaq həzrət Şüeyb (ə) yaşayıb və o da namaz qılıb. Bu haqda Qurani-Kərimdə belə buyurulur:

قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاء