Əllərinizi qaldırıb “Ya Allah” deyin ki qəlbiniz titrəsin


Digərləri 23 Dek 2018 19:15:00 326 0

Əllərinizi qaldırıb “Ya Allah” deyin ki qəlbiniz titrəsin

"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" - Zəriyat 56

Qurani Kərim insanların yaradılışındakı hədəfin ibadət olduğunu bildirir. İbadəti insanın Allah qarşısında bir vəzifəsi bilir.

İbadət deyildikdə çox zaman namaz, oruc və bu kimi müəyyən edilmiş əməllər yada düşür. Lakin, bu kəlimə daha geniş mənaları əhatə edərək ümumilikdə Allaha qul olmaq, itaətkar olmaq, bəndə olmaq mənasını verir. O cümlədən insanın özünü Allah qarşısında "yox" bilməsi, Ona möhtaclığını təsdiq etməsi, əl açıb Ondan diləməsi özü də itaət və bəndəçiliyin bir nümunəsidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Qurani Kərimdə, Allah buyurur ki, Məndən istəyin, Məni çağırın ki, sizə Öz dərgahımdan, sonsuz xəzinələrimdən əta edim. Bunun üçün təkəbbürlülük göstərməyin. Allah qarşısında itaətkar olun. (Ğafir-60)

Quran dauanı və Allahdan istəməyi də ibadət və itaətdən hesab edir. Çünki dua insanın rəbbi ilə ünsiyyəti, Ona olan dərin etiqadının və inamının nəticəsidir. Bu səbəbdən insan dua edib istəyərkən öncə qəlbini və bütün varlığını buna hazır etməlidir.