Qışda dərinizə belə qulluq edin


Digərləri 23 Dek 2018 18:57:00 414 0

Qışda dərinizə belə qulluq edin

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir.

Son.az axşam.az-a istinadən soyuq havada dərinizi təmizləyəcək maska təqdim edir:

3 xörək qaşığı mannı yarması, 1 xörək qaşığı avokado yağı və 4 damcı efir yağını birlikdə yaxşıca qarışdırın. Əgər kütlə qatı alınarsa, bir az ilıq süd əlavə edin. Üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyub, üz kremi çəkin. Bu maska dərini üzdəki makiyajın qalıqlarından, hava çirklənməsindən təmizləyəcək.