Küçədə oxuyaraq məşhurlaşmışdı "O səs Türkiyə"yə


Digərləri 23 Dek 2018 18:00:00 571 0

Küçədə oxuyaraq məşhurlaşmışdı  "O səs Türkiyə"yə

"O səs Türkiyə"nin bu həftə 23-cü buraxılışı yayımlanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu dəfə də yarışma maraqlı hadisəsi ilə yadda qalıb. Belə ki, səhnəyə küçədə mahnı oxuyaraq məşhurlaşan Mehmet Baştürk adlı gənc çıxıb.

Sevdiyi qızla barışmaq üçün küçədə mahnı oxumağa və onu çəkərək sosial mediada yayıb tanınmağa başlayan Mehmet müsabiqəyə də damğa vurub.

Sosial şəbəkələrdə paylaşım rekordu qıran "Vazgeçtim" mahnısını "O səs Türkiyə"də də səsləndirən Baştürk 4 münsifin hamısını döndərməyi bacarıb.