Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində


Digərləri 23 Dek 2018 13:42:00 363 0

Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni tikilən klubun açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, iki mərtəbəli klubda 520 nəfərlik iclas zalı, Heydər Əliyev muzeyi, kinoteatr, brifinq zalı və digər xidməti otaqlar var. Binada avtomatik işıqlandırma sistemi quraşdırılıb, klub akustika və mərkəzləşdirilmiş kondisioner sistemlərilə təchiz olunub. Ətrafda abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Müdafiə naziri və rəhbər heyət tədris ocağında əsaslı təmir işləri aparılmış qış üzgüçülük hovuzu və atıcılıq tiri ilə də yaxından tanış olub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsinin zabit və kursantları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatları, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirləri, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi məsələlərini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.