"Maşın Şou"da Dilarə Kazımovanın həssas nöqtəsini üzünə vurub AĞLATDILAR


Şou-biznes 23 Dek 2018 11:19:00 364 0

"Maşın Şou"da Dilarə Kazımovanın həssas nöqtəsini üzünə vurub AĞLATDILAR

"Maşın şou"nun dünənki buraxılışında Dilarə Kazımova göz yaşlarına hakim ola bilməyib.

Son.az Publika-ya istinadən xəbər verir ki, buna səbəb Ramil Nabranın hər kəsin içində Dilarə Kazımovanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsində 22-ci yeri tutmasını üzünə vurması olub.

Reper Dilarə Kazımovanın "Niyə elə düşünürsünüz ki, siz qalib gələ bilərsiniz, mən isə yox" sualına "22-ci yeri tutmuşdun, dünya sənə səs vermədi" deyə cavab verib.

Bu sözlərdən incidiyi gizlətməyən müğənni göz yaşlarını saxlaya bilməyib. D.Kazımovanın ağladığını görən şairə Nazilə Səfərli onu sakitləşdirməyə çalışıb.