Azərbaycanda özünüməşğulluq proqramının əhatəsi genişləndiriləcək (ÖZƏL)


Digərləri 23 Dek 2018 07:42:00 744 0

Azərbaycanda özünüməşğulluq proqramının əhatəsi genişləndiriləcək (ÖZƏL)

2019-cu ildə Azərbaycanda bu il 7,7 min insanın cəlb edildiyi özünüməşğulluq proqramının əhatəsinin genişləndiriləcəyi gözlənilir

Bakı. Sara İsrafilbəyova - 2019-cu ildə Azərbaycanda bu il 7,7 min insanın cəlb edildiyi özünüməşğulluq proqramının əhatəsinin genişləndiriləcəyi gözlənilir. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, gələn il işsizlərin və iş axtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosesi proqramın növbəti mərhələsi çərçivəsində davam etdiriləcək: "2018-ci il yanvar ayınının 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun qəbul edilməsiylə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhəmiyyətli dərəcədə genişlənməsini və davamlı tətbiqini təmin edəcək".