Üsyanın son iştirakçılarından biri öldü


Dünya 22 Dek 2018 23:36:00 285 0

Üsyanın son iştirakçılarından biri öldü

Varşava gettosunda baş verən üsyanın son iştirakçılarından biri Simxa Rotayzer-Rotem İsraildə 94 yaşında dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Polşanın "Onet"in informasiya portalı bildirib.

Uşaqlıqda və gənclikdə Şimon Rotayzer adını daşıyan Simxa Rotayzer-Rotem İkinci Dünya müharibəsi dövründə yəhudilərin döyüş təşkilatının fəaliyyətində iştirak edib. O, təşkilatın tapşırığı ilə tərəfdarların təxliyyəsinə yardım göstərib. 1944-cü ildə Varşava üsyanı dövründə Rotayzer Polşa Lyudova Ordusu sıralarında vuruşub.

Müharibədən sonra Şimon İsraildə mühacirət edib və adını Simxa Rotayzer-Rotem olaraq dəyişdirib. Daha sonra o Varşavanın fəxri vətəndaşı olub və Polşanın "Dirçəliş" Ordeni ilə mükafatlandırılıb.