Qaraciyərdə problem olduğunu göstərən


Digərləri 22 Dek 2018 23:20:00 328 0

Qaraciyərdə problem olduğunu göstərən

Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərinizin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərsiniz?

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün aşağıda oxuyacağınız 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

Fikir dolaşıqlığı

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

Hipoqlisemiya (Qan şəkərinin azlığı)

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Əgər qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

Hormonal pozuntu

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Qaraciyərin fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

Ani duyğu dəyişikliyi

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlı ola bilər.

İmmunitet sistemində pozuntu